Cəmiyyət

"Al-tum" paketindən qoyun qığı çıxdı - FOTO

30 May 2015 19:59
14 Şərh     Baxış: 6 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Günəbaxan tumu paketini açanda orada gördüyüm nəsnə məni heyrətləndirdi. İnana bilməzdim ki, tumun içində bu ola bilər".
Milli.Az-ın daimi oxucularından biri redaksiyaya müraciət edərək bildirib ki, "Al-tum," adlı günəbaxan tumu paketindən qoyun qığına çox bənzəyən nəsnə çıxıb.
Bununla bağlı olaraq "Al-Tum"un istehsalçısı, "Dost-Tum" şirkəti ilə əlaqə saxladıq.
Hacıqabul rayonuunn Nəvahi qəsəbəsində yerləşən şirkətdən tum paketinin içindən qoyun qığı çıxması ilə bağlı hadisə birmənalı şəkildə təkzib olundu.
"Belə hadisə ola bilməz və yalan iddiadır. O adam kimdirsə, təxribatla məşğul olur. Bizdə ən yeni, ən müasir texnologiyalar, konstruksiya və avadanlıqdan istifadə olunur. Yəni istehsalda insan amili birmənalı şəkildə istisnadır",  - "Dost-Tum"un yetkilisi Rəşid Abbasov bildirdi.
Onun sözlərinə görə, istehsal müvafiq nəzarətdədir: "Bütün sənədlərimiz qaydasındadır, müvafiq gigiyenik və uyğunluq sertifikatlarımız da var. Bu, artıq ikinci dəfədir ki, belədir. Əvvəl də bizə qarşı yanlış iddialar irəli sürülmüşdü. Gətirin o adamı, gəlsin, görək paketdən qoyun qığı çxııb, mal qığı çıxıb... Bu nə deməkdi?! Adamı tutaq qulağından, aparaq istehsalı gəzdirək, görən niyə yalan məlumat yayılır?! Təxribatdır bu".
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.