Cəmiyyət

Nizami Piriyevin vəkili danışdı - VİDEO

29 May 2015 23:49
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət həbs olunduğu barədə informasiya yayılan sahibkarlarla bağlı yeni xəbər var. 

"AzMeCo" şirkətinin sahibi, oliqarx Nizami Piriyev azadlığa buraxılıb. 

ANS TV-nin məlumatına görə, Bakının Nərimanov Rayon Məhkəməsi ölkəni tərk etməmək haqqında iltizam alaraq, işadamını haqda həbs-qətimkan tədbirini dəyişib.

Nizami Piriyevin vəkili Kamandar Nəsibovun sözlərinə görə, məhkəmə qərarı Baş Prokurorluğun təqdimatını əsas götürərək qəbul edib:

"Nizami Piriyev tərəfindən alınan kreditlər sırf Metonol zavodunun tikintisinə və avadanlıqların alınmasına sərf olunmuşdur. Aparılan araşdırmanın nəticəsində söylədiklərim öz təsdiqini tapdığı üçün məhz Nizami Piriyev azadlığa buraxılıb". 

Vəkil onu da əlavə edib ki, müdafiə tərəfi biznesmenin hərəkət azadlığına qoyulan qadağanın da ləğvinə nail olmağa səy göstərəcək. 

Nizami Piriyev mayın 12-də 4 ay müddətinə həbs olunmuşdu. O, külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Bu ittiham üzrə istintaqa cəlb olunan daha bir neçə iş adamı isə hələ də həbsdədir. 

Bu gün İşgəncələrə qarşı Azərbaycan komitəsinin sədri Elçin Behbudov Bayraq Meydanının keçmiş rəisi Rəşad Məmmədovla görüşüb. Dələduzluq maddəsi ilə ittiham olunan Rəşad Məmmədovun saxlanma şəraiti normaldır. O, vəkillə təmin olunub.

"Əsas odur ki, onların saxlanma şəraitləri normaldır. Eyni zamanda da həkim nəzarəti altındadırlar. Ancaq bir sual da mən Rəşad Məmmədova verdim ki, bəzi mətbuat orqanlarında sizin erməni olduğunuz bildirilir. O dedi ki, bu yalan bir cəfəngiyyatdır", - deyə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib.

Həbs olunanlar külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.