Cəmiyyət

Azərbaycan ordusundan daha bir təlim - FOTO - VİDEO

29 May 2015 20:57
0 Şərh     Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərdə şəxsi heyət hücum əməliyyatlarında mühəndis təminatı tapşırıqlarının icrası üzrə fəaliyyətləri icra ediblər.

Üç mərhələdə keçirilən təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.

Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin gələcək döyüş əməliyyatlarına praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.