Cəmiyyət

Nazir həyatı bahasına şagirdi xilas edən müəllimin ailəsinə baş çəkdi

29 May 2015 20:15
1 Şərh     Baxış: 2 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil naziri Mikayıl Cabbarov bu gün Sabirabad rayon Nizami adına 5 saylı orta məktəbdə keçirilən "Son zəng" tədbirində iştirak edib. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, nazir məktəbin müəllim və şagird kollektivi qarşısında çıxış edərək təhsil sahəsindəki yeniliklərdən danışıb.

Təhsil nazirinin bu məktəbdə qeyd olunan "Son zəng" tədbirində iştirak etməsi isə təsadüfi olmayıb. Bir il əvvəl bu məktəbin müəllimi Əhliman Hüseynov öz həyatı bahasına şagirdi ölümdən xilas edərək qəhrəmanlıq nümunəsi göstərib.

Qeyd olunub ki, bir il öncə səhər saatlarında məktəbə gedən Əhliman Hüseynov idarə etdiyi avtomobili Kür çayına aşırıb. O, avtomobildə olan 10 yaşlı məktəbli Güldəstə Hüseynovanı xilas etsə də, özü suda boğulub. Sonra təhsil naziri Mikayıl Cabbarov Əhliman Hüseynovun ailəsinə baş çəkib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.