Cəmiyyət

Bakıya gələn maşınları harada saxlayacaqlar?

29 May 2015 16:53
0 Şərh     Baxış: 2 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) Avropa Oyunları zamanı rayonlardan Bakıya gələn avtomobillərin saxlanacağı ünvanları açıqlayıb.

Bölgədən gələnlər avtomobillərini sabahdan etibarən bu duracaqlarda saxlaya biləcəklər.

BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, Azərbaycanda rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin Avropa Oyunları ilə əlaqədar Bakıya daxil olmaması üçün paytaxtın giriş ərazilərində xüsusi olaraq yaradılmış duracaqlar sabahdan etibarən sürücülərin istifadəsinə veriləcək: "Ümumilikdə bu məqsədlə 8 hektar torpaq sahəsi ayrılıb. Bakı-Sumqayıt yolundan istifadə edənlərə "Riyad" ticarət mərkəzinin həyətində, şimal istiqamətdən paytaxta gələnlərə "Müşfiqabad postu"nun yaxınlığında, qərb və cənub istiqamətlərdən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də xüsusi sahə ayrılıb".

Avtomobillər bu duracaqlarda park olunduqdan sonra vətəndaşlar "ekspress" avtobuslar və ya marşrut avtobusları vasitəsilə paytaxta daxil ola biləcəklər.

Qeyd edək ki, I Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatın sıxlığının azaldılması və yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə iyunun 1-dən 30-dək xüsusi icazəsi olanlar istisna olmaqla paytaxta yük avtomobillərinin və rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin daxil olmasına məhdudiyyət qoyulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.