Cəmiyyət

Kim nə qədər inanırsa...

30 May 2015 22:55
4 Şərh     Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bilməyin üç dərəcəsi var: 

- Elm əl-yəqin (bir şeyin var olduğuna inanmaq);

- Eyn əl-yəqin (bir şeyin varlığına görərək inanmaq);

- Həqq əl-yəqin (bir şeyin varlığını onunla yaşayaraq, ona qovuşaraq inanmaq).

Birinci dərəcə odur ki, sən uzaq bir yerdə möhtəşəm bir saray olduğunu bilirsən.

İkinci dərəcə odur ki, sən həmin o sarayın yanında durub ona baxır və onun varlığına inanırsan.

Üçüncü dərəcə odur ki, sən artıq o sarayın içində yaşayırsan, onun atmosferində nəfəs alırsan, soyuğunda üşüyürsən, istisində tərləyirsən, daşlarının qoxusunu alırsan, bir növ onun bir parçası halına gəlirsən.

İndi də özümüzə gələk: Bilirsənmi, Allah var; bilirsənmi, öləndən sonra dirilmək var; bilirsənmi, savabların mükafatı, günahların cəzası var; bilirsənmi, Cənnət var, Cəhənnəm var... Bilirsənmi?

Bilirsənsə nə qədər bilirsən, nə qədər inanırsan, bilməyin, inanmağın hansı dərəcəsindəsən?.. Qəlbinə boylan və aqibətini təxmin etməyə çalış. Vəssalam.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.