Cəmiyyət

Uşaqlara alkoqollu içki və tütün məmulatları satanlar üçün cərimələr artırıldı

29 May 2015 15:40
1 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatları satanlar bundan sonra daha yüksək məbləğdə cərimələnəcəklər.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi qəbul edilib.

Yeni dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayan uşaqlara etil (yeyinti) spirti, alkoqollu içki və tütün məmulatlarının satılmasına görə, tətbiq edilən cərimənin məbləği artırılır. Belə hallara görə tətbiq edilən cərimənin məbləği 100 manat olacaq. Hazırda isə bu cərimənin məbləği 15 manatdan 40 manata kimidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.