Cəmiyyət

Zülqərneyn kimdir?

30 May 2015 22:25
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, Zülqərneyn Quranda adı xeyirlə çəkilən böyük sərkərdə və hökmdar olub. Bir neçə istiqamətdə öz qoşunu ilə yürüş edib, qarşısına çıxan xalqları imana gətirib. Zülqərneynin ədalətli, imanlı və igid bir şəxs olması bildirilir. Bəzi hədislərdə onun Həzrət İbrahim Peyğəmbərlə (ə) müasir olması buyurulur. Alimlərin bir qismi Zülqərneyni Makedoniyalı İsgəndərlə eyniləşdirsələr də, bu, yanlışdır. Çünki Makedoniyalı İsgəndər mömin deyil, bütpərəst əqidəsində olmuşdur. Həm də onun yaşadığı dövr Həzrət İbrahimdən (ə) xeyli sonralara təsadüf edir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.