Cəmiyyət

Daha bir körpü qəzalı vəziyyətə düşdü - FOTO

28 May 2015 14:57
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Körpünün qəzalı vəziyyətə düşməsinin səbəbi normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkətidır. 
Hadisə bu gecə saat 03:00 radələrində baş verib. Bakı şəhəri istiqamətində hərəkət edən daha bir normadan artıq yüklənmiş ağır tonnajlı maşının körpü üzərindən keçməsindən sonra körpünün 2-ci və 3-cü aşırımlarının 4 aşırım tirində sınma baş verib. Nəticədə həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. 

"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, hazırda körpünün digər hərəkət hissəsi ilə hər iki istiqamətə minik avtomobillərin hərəkəti növbəli şəkildə təmin olunur. Alternativ olaraq ağır tonnajlı maşınlar isə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 90-ci kilometrliyindən, Biləsuvar rayonu ərazisindən yeni salınan avtomobil magistralına çıxıb "servis yolu"ndan istifadə etməklə yenidən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 57-ci kilometrliyinə çıxa bilərlər. 

"Azəryolservis" ASC-nin mütəxəsisləri tərəfindən qəzalı vəziyyətə düşmüş avtomobil körpüsünə baxış keçirilir və qəzanın qısa müddətə aradan qaldırılması üçün müvafiq rəy hazırlanır.

Qeyd edək ki, 1991-ci ildə inşa olunmuş və 5 aşırımdan ibarət körpünün uzunluğu 90 metr, eni isə 18 metrdir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.