Cəmiyyət

Bakı yollarına beton sədlər qoyulur - FOTO

28 May 2015 12:19
Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı paytaxt küçələrində təhlükəsizlik tədbirləri görülür.

Anspress-in məlumatına görə, şəhərin küçələrində keçiriləcək müxtəlif tədbirlərlə bağlı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qorumaq məqsədilə küçələrdəki şərti işarələr təzələnib.

Bundan başqa, paytaxtın bəzi küçə prospektlərində yolların ortasında beton sədlər çəkilib. Beton sədlər əsasən Avropa Oyunlarının məşəlinin keçəcəyi yerlərdə quraşdırılıb.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 7-11 iyun tarixlərində Bakının müxtəlif yerlərindən keçiriləcək.
Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.

660 millimetr hündürlüyü olan məşəlin gövdəsi "Bakı-2015" brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.