Cəmiyyət

Hacı İbrahim Nehrəmli: "Gəlib qollarımı qandallayıb aşağıya apardılar" - VİDEO

28 May 2015 20:07
0 Şərh     Baxış: 3 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan "Avesta" konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli sərbəst buraxılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. O, bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsinə də aydınlıq gətirib:

"Günorta saatlarında ora getdim. Nəyə görə saxlanıldığımı soruşdum? Məni kimsə qəbul etmirdi. Bundan sonra bir-iki adamdan xahiş etdim ki, məni qəbul etsinlər, gəlib qapıda qalmışam. Sonra çox hörmətlə qəbul etdilər. Axşam saat 8-ə qədər yuxarıda gözlədim. Bu müddət ərzində kimsə mənə bir söz demədi. Gəlib qollarımı qandallayıb aşağıya apardılar. Bir-iki gün orada qaldım. Amma orada qalmağımın səbəbini bilmədim. Daha sonra saxlanılmağımın səbəbi məlum oldu ki, kredit borcum var. Mənim kredit borclarımın vaxtı 2019-cu ildə bitir. Kreditin vaxtı keçdiyinə görə, faiz borcu 1 milyon 500 mini keçib. Kredit borcumu iki günə ödədikdən və problemin həll olunandan sonra azadlığa buraxıldım".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.