Cəmiyyət

İslamın yetimlərə verdiyi dəyər

28 May 2015 21:40
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam terminologiyasında yetim -  buluğ yaşına çatmadan atası ölən uşaqdır. 

Yetimlə xoş davranmaq Allahın xoşuna gələn davranış olduğu kimi, yetimə haqsızlıq etmək də Allahın qəzəbinə səbəb olur. Quran: "Yetimlərin mallarını haqsız yerə yeyənlər əslində öz qarınlarını atəşlə doldurarlar. Onlar sabah şiddətlə yanan bir alovun içinə girəcəklər",- buyurmaqdadır. Hər kəs də öz səlahiyyəti altında olan yetim üçün Allah qarşısında hesab verməli olacaq. Sözün qısası, ağlı olan düşünsün, öz aqibətini təxmin eləsin.

Cəmiyyətin asayişi üçün

Cəmiyyət inkişaf eləsə də, insanla bağlı problemlər dəyişmir, min il əvvəlki ağrılar bu gün də eyni ağırlığı ilə yaşanır. İnsan üçün dəyişməyən qanunlar, duyğular var. Zamanından, məkanından asılı olmayaraq, insanların canında şəhvət duyğusu, yeyib-içmək tələbatı var; həsrətlə gözlədiyinə qovuşan insan istər-istəməz sevinir; yaxınlarını itirən üzülür, qəlbində bir boşluq, bir ağrı hiss eləyir...

Bu zamana qədər Allah-Təalanın insana göndərdiyi bütün təlimlərin təməlində həm dünya həyatının nizamlı, doğru istiqamətdə davam etməsi istəyi var, həm də Adəm övladının axirət həyatında Allahın rizasına bürünərək layiq olduğu mükafata qovuşmaq məqsədi.

Cəmiyyətin asayişi, həyatı müəyyən qanunlarla tənzimlənir. Qurani-Kərim insana axirət səadətini göstərməklə yanaşı, həm də sosial varlıq olan insanın dünyada məsuliyyətini, borclarını və hüquqlarını da öyrədir. Quranın hakim olduğu cəmiyyət ədalət prinsiplərindən ayrılmaz.

Yetim kimdir?

Sonuncu İlahi kitabın - Qurani-Kərimin nazil olması ərəfəsində dünya zülmət həyatı yaşayırdı. Cəmiyyətdə gücsüzlər, zəiflər qoluzorluların hədəfi olurdu. Və təbii ki, ən ağır həyat yetimlər, öz himayəsini itirmişlər üçün idi.

İslam terminologiyasında "yetim" adı buluğ həddinə çatmadan atasını itirmiş uşağa şamil edilir. Bir çox alimlər bu sözü yetkinyaşlı adamlara da şamil etsələr də, hüquqi termin kimi bu ifadə buluğ yaşına çatmadan atasını itirən uşaqları nəzərdə tutur. Quranda haqqında danışılan yetimlər də elə bunlardır, buluğ yaşına çatmayanlar.

Yetimlik mövzusu İslamın nazil olduğu illərdə aktual olduğu kimi, bu gün də çox əhəmiyyətli məsələdir, sabah da öz önəmini itirməyəcək. Doğrudur, dövrümüzdə dövlətlər öz yetimlərini himayə etmək öhdəliyini boynuna götürüblər, amma hər zaman olduğu kimi, indi də bu məsələ çox həssas, çox məsuliyyətlidir; amma kim zəmanət verə bilər ki, həmin müəssisələrdəki qayğıya möhtac o körpələr haqsızlıq görmürlər?

Quranın himayəsində

Yetimə qarşı haqsızlıq İslamda şiddətlə yasaqlanmışdır və yetim malı yemək həm mədəsini alovla doldurmaq, həm də öldükdən sonra şiddətlə yanan odun içinə girmək kimi təsvir edilmişdir.

Qurani-Kərimin Nisa, Ənam, İsra surələrində bu məsələ üzərində ətraflı durulur, yetim malının başqaları tərəfindən qəsb olunması çox ağır günah kimi dəyərləndirilir.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.