Cəmiyyət

Maşınları rayon qeydiyyatında olanlar - Bu xəbəri qaçırmayın - VİDEO

27 May 2015 23:27
4 Şərh     Baxış: 4 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlumdur ki, Avropa oyunları ərəfəsində və oyunlar zamanı bölgələrdən və Sumqayıt qeydiyyatında olan avtomobillərin Bakıya girişi məhdudlaşdırılacaq. Amma elə şəxslər var ki, özləri Bakı, maşınları isə rayon qeydiyyatındadır. Bəs belə avtomobillərin aqibəti necə olacaq? Belə avtomobillərin hərəkəti necə tənzimlənəcək?

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, iyunun 1-dən etibarən etibarən paytaxt Bakıya bəzi avtomobillərin daxil olmasına məhdududiyyətlər qoyulacaq. Söhbət müxtəlif rayonlardan gələn minik avtomobillərindən gedir.

Bu zaman avtomobil və sürücünün harada qeydiyyatda olması nəzərə alınacaq. Hətta bəzi Bakı qeydiyyatında olan maşınlar da paytaxta buraxılmaya bilər.

Bununla bağlı şəhərin şimal və cənub girişlərində olan postlarda bölgələrdən gələn avtomobillərə nəzarət ediləcək. Rayon qeydiyyatında olan heç bir avtomobil Bakıya buraxılmayacaq.

Bölgələrdən gələn sürücülər Qaradağ və Abşeron rayonunda ayrılmış xüsusi dayananacaqlarda avtomobillərini saxlayıb istədikləri yerə avtobuslarla gedə biləcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.