Cəmiyyət

Bu zənglərə cavab verərkən ehtiyatlı olun - XƏBƏRDARLIQ - VİDEO

27 May 2015 23:21
8 Şərh     Baxış: 9 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər hansısa avtomobil sahibinin icbari sığorta müddəti başa çatırsa, sığorta şirkətləri müştəriyə zəng vurub sığorta müddətini artırmağı tövsiyə edirlər.Burda əslində heç bir qeyri-adi hal yoxdur. Ancaq məsələ burasındadır ki, sığorta şirkətindən zəng vururuq deyərək şəxsi məlumatlarınızı oğurlaya bilərlər. Bəs belə halla rastlaşmamaq üçün nə etmək lazımdır? Milli.Az xəbər verir ki, "Xəzər Xəbər" problemdən çıxış yolunu araşdırıb...

İcbari sığortanızın vaxtı bitib, onun yenilənməsi vaxtıdır deyə sizə gələn zənglərə cavab verərkən ehtiyyatlı olun. Kimlərsə sığorta şirkəti ilə sığortacı arasındakı münasibətdən istifadə edərək şəxsi məlumatlarınızı oğurlaya bilər.

Sığorta mütəxəssisləri belə problemlə rastlaşmamaq üçün sığorta olunan şəxsləri diqqətli olmağa çağırır...

Ancaq zəng edən həqiqətən sığorta şirkətinin nümayəndəsidirsə onda ekspertlər bu məqamda heç bir problem görmürlər. Sığorta olunanlara zəng vurub sığortalarının vaxtının bitidiyini bildirmək əslində sığorta şirkətləri ilə yanaşı vətəndaşın da xeyrinədir.

Avtomobil sahibləri də sığorta şirkətlərinin telefon zəngi ilə icbari sığorta vaxtının bitməsini bildirmələrini müsbət hal hesab edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.