Cəmiyyət

Heydər Əliyev Fondu körpələrimizə bayram sevinci yaşatdı - FOTO

27 May 2015 16:52
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27 may 2015-ci il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki "Qaradağ" şadlıq evində 1 iyun Uşaqların Beynəlxalq Müdafisəi Günü münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirildi.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon icra hakimiyyətinin məsul işçiləri, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 9 saylı Xüsusi internat məktəbi, 6 nömrəli Uşaq Somatik Sanatoriyası və "Müşfiq" Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı.

Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq fərman və sərəncamlar imzalamışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.

Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqların cizgi film qəhrəmanlarının, klounların göstərdikləri nömrələri maraqla izlədilər.

Tədbir tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam etdi.

Tədbirdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olundu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.