Cəmiyyət

Darıxmağın adını aradılar - FOTO

27 May 2015 14:06
2 Şərh     Baxış: 2 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda  Şəhriyar del Geraninin "Darıxmağın adı" kitabı üçün imza günü və müzakirəsi keçirilib.
 
Tədbirdə AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, yazıçılardan Elçin Hüseynbəyli, Qan Turalı, Cavid Zeynallı, Nahid, şair Fərid Hüseyn, tənqidçi Cavanşir Yusifli, "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli, şairin qələm dostları, oxucuları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rəşad Məcid Şəhriyar del Geraninin ədəbiyyata gəlişindən danışıb, onun yaradıclığı haqqında fikirlərini bölüşüb:  "Şəhriyarın şeirlərini zaman-zaman saytlarda, qəzetlərdə, sosial şəbəkələrdə oxumuşam. "525-ci qəzet"də də bir neçə dəfə dərc olunub. Amma şeiri toplu şəkildə, kitab formasında oxumaq, məncə, bir ayrı aləmdir. Bu kitabı oxuyarkən təxminən 25-30 il bundan əvvəl poeziyadan aldığım zövqü yenidən yaşadım. Buna görə Şəhriyara böyük təşəkkür düşür".
 
C.Yusifli, E.Hüseynbəyli, F.Hüseyn, Qan Turalı və başqaları da Şəhriyar del Geraninin şeirlərinin məziyyətləri barədə düşüncələrini dilə gətiriblər.

Tədbirdə ADPU, BSU, ATU, BDU-nun tələbələri aktiv iştirak edərək fikirlərini bildirib və kitabdan şeirlər səsləndiriblər.

Şəhriyar del Gerani tədbir iştirakçılarına minnətdarlıq edib, kitabına diqqət göstərənlərə təşəkkür ünvanlayıb və oxucular üçün kitab imzalayıb.
 

Milli.Az

Fotolar: Orxan Əzim

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.