Cəmiyyət

Şəhərin dəlisi bizə dərs verir - VİDEO - FOTO

27 May 2015 11:26
16 Şərh     Baxış: 5 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu fotolarda gördüyünüz insanın adı Qədirdir. Türkiyənin Malatya şəhərində yaşayır.

Qədir əql xəstəsidir və "Mercedes Qədir" kimi tanınır. Əlində tutduğu ağacı "Mercedes" sayan Qədirə şəhər sakinləri ciddi yanaşırlar. Qədir "limuzin"i ilə yolda olanda avtomobillər ona yol verir, avtotəmir emalatxanaları onun "avtomobil"ini "təmir" edirlər. Bəzən də polislər onu qaydaları pozaraq hərəkətin gur yerində "limuzin"i saxladığı üçün cərimələyirlər.
Təbii ki, "cərimə" gerçək olmur. 

"Mersedes Qədir" dəli olsa da, yolayrıclarındakı işıqforlarda qırmızı işıq yananda "limuzin"ini saxlayır, yol-hərəkət qaydalarına əməl etməyə çalışır. 
Təmir emalatxanasına yollananda da onun "Mercedes"ini ustalar ciddi şəkildə "təmir" edirlər. Bir usta zopaya maqnitofon bərkidir, digər usta aynaları silir, üçüncü usta "mühərrikin işi"ni yoxlayır.
Malatya boyda şəhər dəlisinin qədrini bilir. Dəli Qədirin oyununu pozmur, onu ciddi qəbul etdiklərini göstərirlər.
Günlərin birində "Mercedes Qədir"in "avtomobil"ini şəhərin ən məşhur avtomobil təmiri ustalarından olan Cevdet Yılmazın emalatxanasına "sürür" və deyir ki, usta, son günlər mühərrikdən qəribə səslər gəlir.
Təbii ki, usta Cevdet "avtomobil"ə baxış keçirir. Xeyli çəkən "servis baxış"ından sonra Cevdet deyir:
 - Qədir əfəndi, sənin avtomobilinin mühərrikində problemlər var. Maşının qoy burada qalsın, təmir edək. İki gün sonra gəl.
"Mercedes Qədir" başını yelləyir, amma razılaşır.
İki gün keçir, vədə tamam olur, "Mercedes Qədir" yollanır Cevdetin emalatxanasına.
Ki, bəs nə oldu, maşın hazırdırmı?! 
Usta işlərin hələ başa çatmadığını söyləyir, "Get, sabah gəl" deyir.
Beləcə, Qədir düz iki həftə emalatxanaya ayaq döyür.
14 gün sonra usta Cevdet yenə "Bir az da səbr elə, Qədir əfəndi, az qalıb" deyəndə "Mercedes Qədir" sinirlənir:
- Cevdet! Məni ələ salmısan?! Bu təmir niyə uzandı?! İki həftədir evə piyada gedib-gəlirəm!

... Sözümün canı "Mercedes Qədir"in dəliliyi və yainki Malatya əhlinin dəli Qədirin qədrini bilməsi deyil.
Dəli Qədir yol-hərəkət qaydalarına riayət edir, amma Bakıda özlərini ağıllı sayan bir para avtomobil sahibləri qaydaları pozmağı şücaət sayırlar.
Deyəsən, o dəli bizə dərs verir...
 

Elçin Alıoğlu
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.