Cəmiyyət

Vurulan yeni üzlüklər əvvəlkindən nə ilə fərqlənir?

26 May 2015 21:36
0 Şərh     Baxış: 2 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra paytaxtın bir çox nöqtələrində fasadların sökülməsi işlərinə başlanılıb. Baxmayaraq ki, həmin binaların əksəriyyəti şəhərin mərkəzi hissəsində idi və şəhərin qonaq qarşıladığı bir vaxtda gözəlliyi üçün xüsusi önəm kəsb edirdi. Amma dövlət başçısının tapşırığından da aydın göründü ki, insanların təhlükəsizliyi hər şeydən önəmlidir. Bəs, yeni üzlüklər əvvəlkindən nə ilə fərqlənəcək?

Milli.Az anspress-ə istinadən bildirir ki, poliuretan üzlüklü binaların fasadlarında aparılan söküntü işləri yekunlaşmaq üzrədir. Binaların xarici görünüşünü maksimum qısa vaxta qaydaya salmaq üçün söküntü ilə yanaşı yeni üzləmə işlərinə start verilib.

Səbael rayonunda fasadında poliuretan üzlükdən istifadə olunmuş 6 bina var. Onların hər birində söküntü işləri yekunlaşıb. Yeni üzləmə işləri isə ətraf infrastruktura uyğun olaraq hər binada fərqli şəkildə həyata keçiriləcək. Məsələn, bayraq meydanı yaxınlığında jurnalistlər üçün tikilən binada yeni fasad əvvəlkindən tam fərqlənəcək.

"Binanın fasadının artıq "aqlay"la üzlənilməsinə başlanılıb. Yaxın vaxtlarda binanın bəzi hissələrinə də boyanın vurulması işlərinə start veriləcək. Binan görüntüsü əvvəlkindən də yaxşı olacaq", - deyə Səbael rayonu icra hakimiyyətinin nümayəndəsi Qurban İsmayılov bildirib.

Xətai rayonunda da poliuretan üzlüklərin sökülməsi başa çatıb. 5 və 9 mərtəbədən ibarət binalarda fasadın səliqəli alınması üçün təmir işləri aparılır. Kərpic daşlardan eyvanlar tikilir və pəncərələr dəyişdirilir.

Aprelin 10-da yanan 9 mərtəbəli binada da təmir işləri davam edir. Burda fasadla yanaşı mənzillərdə də bərpa işi aparılır. İş icraçılarından aldığımız məlumata görə 10 gün ərzində bina sakinlərə təhvil veriləcək.

Binəqədi rayonunda isə söküntü işləri hələ ki yekunlaşmayıb. Mayın 19-da yanğın hadisəsinin baş verdiyi 16 mərtəbəli bina təmir üçün əhatələnib. 

Sözügedən ərazi icra hakimiyyətinin birbaşa nəzarətindədir. Tikinti-təmir işlərinin aparılması üçün artıq tenderin qalibi olmuş şirkətlə müqavilə bağlanıb.

Mətbuat prospektində isə binalar daha keyfiyyətli üzlüklə üzlənəcək. Buradakı binaların fasadı "aqlay" daşlardan istifadə edilməklə və yanmağa davamlı üzlüklərlə yenilənəcək. 

Artıq karkasların qurulması və pəncərələrin dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir. Binalarda aparılan təmirin bir neçə ay ərzində yekunlaşması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.