Cəmiyyət

"IDEA velosiped dayanacağı" quraşdırıldı - FOTO

26 May 2015 19:16
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiyamızın keşiyində durmaq məqsədi daşıyan IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədilə 26 may tarixində "Port Baku" kompleksində yerləşən "The Club" idman mərkəzinin qarşısında "IDEA velosiped dayanacağı" (IDEA Bycile Stand) quraşdırmışdır.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, dayanacağın quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etməklə yanaşı, yanacaq mühərrikli nəqliyyat vasitələrindən istifadəni azaltmağa xidmət edəcəkdir. Məlumdur ki, avtomobillərin atmosferə buraxdığı zərərli qazlar havanın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində ekoloji və sağlamlıq problemlərinin yaranmasına gətirib çıxardır.

IDEA inanır ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali tərəfindən bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul olacaqdır.

IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası maraqlı tərəfləri ətraf mühitimizin mühafizəsi naminə "yaşıl nəqliyyat" kampaniyasında iştirak etməyə və məkanlarının qarşısında "IDEA Bycile Stand" quraşdırmağa dəvət edir.

Ətraflı məlumat əldə etmək üçün 497-63-16 nömrəli telefon vasitəsilə IDEA İctimai Birliyi ilə əlaqə saxlamağınız xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.