Cəmiyyət

Rəna Sadəddinova: "Azərbaycan vətəndaş cəmiyyəti ilk Avropa Oyunlarına öz töhfəsini verməlidir"

26 May 2015 18:44
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilk Avropa Oyunları kimi genişmiqyaslı tədbirlərə öz töhfələrini verməlidir". Trend-in məlumatına görə, bunu Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədr müavini Rəna Sadəddinova Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının rəhbərlərinin iştirakı ilə ilk Avropa Oyunlarına dair keçirilən "dəyirmi masa"da bildirib.

R.Saddədinov deyib ki, bir müddət əvvəl Bakıda sürücülər piyadalara yol vermirdilər. Amma Avropa Oyunları ərəfəsində dövlət orqanları bu məsələyə diqqəti daha da artırdı: "Bu gün artıq belə bir problem yoxdur və sürücülərin çoxu piyadalara yol verir. Artıq bu məsələdə irəli bir addım atdıq. Bu gün yol qəzalarda nə qədər adam ölür. Avtobus sürücülərinin qayda-qanunu pozması nəticəsində nə qədər insan yaralanır və ölür. Avropa Oyunları ilə bağlı atılan ilk addımlardan biri o oldu ki, mindən çox avtobus sürücüsünə, 800-dən çox taksi sürücüsünə treninq keçirilib. Çalışmaq lazımdır ki, o mədəniyyəti qoruyaq və davamlı saxlayaq. Bunlar hamısı vətəndaşımızın, vətəndaş cəmiyyətimizin xeyrinədir. Bunlar xırda pillələrdir. Biz irəliləyişə doğru gedirik. Hesab edirəm ki, vətəndaş cəmiyyəti bu sahələrdə də öz rolunu göstərməlidir".

Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan ona görə güclənib ki, bu cür beynəlxalq tədbirlər də öz töhfəsini verib: "Çox qüvvələr istəmir ki, bu gün onların mövqeyi ilə razılaşmayan güclü Azərbaycan olsun. Bu baxımdan tənqidi fikirlərin içərisində bu məqsəd də özünü göstərir. Beynəlxalq təşkilatları da ayırmaq lazımdır. Ən aparıcı beynəlxalq təşkilatlar Azərbaycanı dəstəkləyir. ABŞ səfiri bəyan etdi ki, ABŞ Azərbaycanda keçirilən Avropa Oyunlarını dəstəkləyir və bir çox Avropa ölkələri, o cümlədən onların rəhbərləri Oyunlarda iştirak edəcək. Sadəcə olaraq, mövqeyini bildirən bir neçə təşkilat var. Onlar Azərbaycan haqqında o qədər də məlumatlı deyillər. Bu baxımdan hesab edirəm ki, əgər Avropa Oyunlarının keçirilməsini, insan haqlarını tənqid edirlərsə, burada Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinin mövqeyi vacib olmalıdır və birinci növbədə bizim sözlərimizə diqqət yetirməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.