Cəmiyyət

Həbsdə olan iş adamı yeni müdafiəçi ilə anlaşdı

26 May 2015 18:05
2 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həbsdə olan iş adamı Nizami Piriyev vəkil Kamandar Nəsibovla müqavilə bağlayıb.

Bu barədə APA-ya məlumat verən K.Nəsibov bildirib ki, N.Piriyevlə görüşmək üçün onun saxlandığı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktubla müraciət edib. Vəkil yaxın günlərdə müdafiə etdiyi şəxslə görüşəcəyini deyib.

Qeyd edək ki, Nizami Piriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Piriyev "PNN Group" şirkətinin təsisçilərindəndir. "PNN Group" şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo" şirkətindədir.

"PNN Group" "De Beers" və "Hamley's" brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda "KFC" restoranlar şəbəkəsinin də qurucularındandır.

"PNN Group"un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Hazırda Nizami Piriyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.