Cəmiyyət

Rektorun döyülən qızı: "Zaurdan heç vaxt şikayət etmərəm"

26 May 2015 17:49
17 Şərh     Baxış: 10 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirli bilinən Zaur Məmmədovun azadlığa çıxması ilə bağlı xəbərlər yayılıb.

Bu xəbərlərin nə dərəcədə həqiqət olduğunu öyrənmək məqsədi ilə Ülkər İsayeva ilə əlaqə saxladıq.

Milli.Az xəbər verir ki, o, azvision.az-a açıqlamasında bundan xəbərsiz olduğunu deyib. Ü.İsayeva həmçinin bildirib ki, o, Zaur Məmmədovdan şikayətçi olmayıb.

"Mənim Zaur Məmmədovun azadlığa buraxılması haqda heç bir məlumatım yoxdur. Heç vaxt məhkəmədə onun əleyhinə ifadə verməmişəm. Həmçinin Zaur Məmmədovdan şikayət etməmişəm. Məmmədovlar ailəsi ilə bizim heç bir düşmənçiliyimiz yoxdur. Mənim Zaurdan heç bir narazılığım yoxdur".

Xatırladaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əsk-səda doğurmuşdu. Məlum hadisəyə görə, Z.Məmmədov tutularaq barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.