Cəmiyyət

İlk Avropa Oyunları ilə bağlı minik avtomobilləri üçün duracaqlar müəyyən edilib

26 May 2015 14:03
Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk Avropa Oyunlarını izləməyə gələn tamaşaçıların öz minik avtomobillərini saxlaması üçün Bakıda rəsmi olaraq iki duracaq müəyyən edilib.

Bunu Trend-ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.

N.Həsənovun sözlərinə görə, həmin duracaqların yanında "ekspress" avtobuslar dayanacaq və Avropa Oyunlarının yarışlarına biletli olan şəxslər idman arenalarına pulsuz daşınacaqlar: "Parkinq üçün nəzərdə tutulan yerlərdən biri Füzuli meydanının yaxınlığında, bəzilərinin "Qış parkı" adlandırdığı Mərkəzi Parkın altındakı duracaqdır. Həmin duracaqda eyni vaxtda 3 min avtomobil saxlamaq mümkündür. Digəri isə Fətəli Xan Xoyski küçəsindəki Gənclik Parkında yerləşən duracaq müəyyən edilib. Orada eyni anda 650 avtomobil saxlamaq mümkündür. Həmin duracaqlarda Avropa Oyunlarını izləmək üçün biletləri olan avtomobil sahiblərinə güzəştli tarif tətbiq olunacaq və avtomobilin duracaqda saxlanmasına görə müddətindən asılı olamayaraq onlardan cəmi 1 manat ödəniş alınacaq".

N.Həsənov əlavə edib ki, digər şəxslər də avtomobillərini həmin duracaqlarda saxlaya bilərlər, amma adi qaydada.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.