Cəmiyyət

"Qara polkovnik"in oğlu təcridxanada

26 May 2015 13:13
0 Şərh     Baxış: 4 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə APA-ya məlumat verən A. Hüseynovun vəkili Kamandar Nəsibov bildirib ki, yaxın günlərdə A. Hüseynovla görüşəcək.

Qeyd edək ki, A. Hüseynov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə təqsirləndirilən A. Hüseynovun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs-qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.