Cəmiyyət

Əfv olacaq?

26 May 2015 13:05
Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu əfvlə bağlı öz tövsiyələrini Əfv Komissiyasına təqdim edib.

Bu barədə Trend-ə İşçi Qrupun üzvü Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, müxtəlif səbəblərlə, yəni xəstəliklə bağlı, məhbusların cəzasının əhəmiyyətli hissəsini çəkməsi ilə bağlı təkliflərimiz var: "Onların içərisində ictimai fəaliyyəti olan adamlar da, adi vətəndaşlar da var. Təqdim etmişik və onların hamısı Əfv Komissiyasına istiqamətlənib. Sonrakı iş də Əfv Komissiyasına məxsusdur. Onlar da işləyir. 28 May Respublika Günü, o cümlədən qarşıda Qurtuluş Günü var. Mümkündür ki, bu ərəfədə hansısa bir şey ola bilər. Amma hər hansı bir məlumatm yoxdur və proqnoz verməkdə çətinlik çəkirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.