Cəmiyyət

Onu anlamağa çalışın

26 May 2015 22:25
2 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Övlad həmişə duyğularını ifadə edə bilməsi üçün ata-anadan onu anlamasını, başa düşməsini istəyir, xüsusən də çətin durumlara düşəndə. 

Valideyn isə çox zaman uşaqlarını böyüdərkən bu nəvazişi ondan əsirgəyir, daha doğrusu, onlarla əlaqə yaratmaqda problemlər yaşayır. Bəzən valideyn, belə demək mümkünsə, özünə sərf edən davranışları uşağa tətbiq edə bilmədikdə, yəni uşaq o qaydaları qəbul etmədikdə kədərlənir, gərilir və bəzən də güc tətbiq edir. Qarşılıqlı mübarizə halına gələn əlaqə, hər iki tərəfin əsəbi, aqressiv, inadcıl rəftarı ilə, hətta faciəli sonluqla nəticələnir.

Unutmaq olmaz ki, övlad ata-ananın aynasıdır, onunla qarşılıqlı əlaqə yaratmaq və uşağın öz duyğularını valideynlərinə ifadə edə bilməsi çox əhəmiyyətlidir.  Psixoloqların fikrincə, uşağa "sən beləsən, eləsən" demək əvəzinə, "sən bunu edərkən kədərlənirəm" demək daha effektli nəticə verər. Məsələn, "qardaşını qısqandığın üçün bunu belə edirsən" söyləməkdənsə, "qardaşınla maraqlandığım üçün səninlə əvvəlki kimi əylənə bilmirik və sən buna kədərlənirsən, bilirəm" deyin. İnanın, o bunu eşidəndə "bəli, anam məni anlayır" deyə düşünəcək. Mütəxəssislər davranışları düzəlsin deyə tətbiq edilən döymək, sərt danışmaq kimi cəza üsulunun doğru olmadığını bildirirlər. Çünki bu üsul problemin həlli deyil.

Ana işdən gələrkən, uşaq dərhal onunla oynamaq istəyir. O isə bir az dincəlmək, istirahət etmək arzusundadır. Bu zaman uşağa "səninlə oynamaq istəyirəm, amma çox yorğunam" demək kifayətdir, o sizi başa düşəcək.

Övladı hər yaşda anlamağa çalışın, istər böyük, istərsə də kiçik yaşlarda olsun.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.