Cəmiyyət

Abituriyentlərə ZƏRBƏ: daha mümkün olmayacaq!

26 May 2015 11:30
3 Şərh     Baxış: 4 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, bu ildən etibarən əvvəlki illərdə olduğu kimi I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə imtahanda iştirak edib toplanılan bala əsasən orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək mümkün olmayacaq.

Bu il tam orta təhsil bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən və 11 illik bazada kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün isə iyulun 2-də buraxılış imtahanları səviyyəsində qəbul imtahanı keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.