Cəmiyyət

Bakıya qanunsuz siqaret gətirən şəxs tutuldu

25 May 2015 23:15
0 Şərh     Baxış: 1 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əmirov Yadigar Rafail oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq "X-ray" intereskop rentgen aparatından keçirilməsi tələb olunub. 

"Qafqazinfo" Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, saxlanılan şəxsin əl yükü rentgen aparatından keçirilən zaman monitorda tütün məmulatlarının təsvirləri əks olunduğundan o, müvafiq qanunvericiliyə uyğun olaraq 1 ədəd əl yükü və 2 ədəd baqajının yoxlanılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı Y.Əmirova məxsus əl yükü və baqajlarından gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 5 adda 470 ədəd müxtəlif xarici markalı siqaretlər və kustar üsulla hazırlanan 3 kq qara kürü aşkar edilib.

Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.