Cəmiyyət

SOCAR məhkəməyə üz tutdu

25 May 2015 17:40
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR-ın Nəqliyyat İdarəsi hüquq müdafiəçisi Bəxtiyar Məmmədovu məhkəməyə verəcək.

Bu barədə Trend-ə İdarənin hüquq şöbəsinin rəsi Emin Hüseynov deyib.

E.Hüseynov qeyd edib ki, buna səbəb B.Məmmədovun mətbuatda SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovla bağlı əsassız məlumat yaymasıdır. Onun sözlərinə görə, hazırda sənədlər hazırlanır və ən yaxın vaxtda iddia ərizəsi məhkəməyə təqdim olunacaq.

E.Hüseynov bildirib ki, E.Zülfüqarovla bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, bu, sadəcə olaraq, E.Zülfüqarova qarşı aparılan qarayaxma kampaniyasıdır. E.Hüseynov qarayaxma kampaniyasının kimlər və hansı məqsədlə aparılmasından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, ötən gün hüquq müdafiəçisi B.Məmmədov E.Zülfüqarovun 120 nəfərdən artıq işçisinin vəhhabi cərəyanına qoşulmasını, İdarədə dövlət əmlakını mənimsəməsini iddia edən məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.