Cəmiyyət

Çox isti olacaq

25 May 2015 13:01
2 Şərh     Baxış: 2 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda havanın temperaturu 30 dərəcəyədək yüksələcək ki, bu da iqlim normasından bir qədər yüksəkdir.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Mayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 26-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.