Cəmiyyət

Sovet binalarındakı mənzillərə tələb azalacaq?

25 May 2015 13:17
0 Şərh     Baxış: 4 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonu 16-mərtəbəli yaşayış binasında baş verən yanğın SSRİ dövründə tikilən binaların mənzillərinə olan tələbatın aşağı düşməsinə səbəb olmayacaq. Bu barədə bu gün Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bu amil daşınmaz əmlak bazarındakı vəziyyətə təsir etməyəcək: "Bu binalar kifayət qədər möhkəmdir və mənzillərin qiyməti aşağıdır. Bu da onlara olan tələbin əsas amilləridir. Keyfiyyətsiz materiallarla üzlənmiş binalara tələb azala bilər, lakin bu materialların hazırda daha keyfiyyətli materiallarla əvəzlənməsini nəzərə alsaq, bazarda belə bir dəyişiklik gözlənilmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.