Cəmiyyət

Məşhur azərbaycanlı alimə qarşı çirkin şantaj - VİDEO - FOTO

25 May 2015 10:40
2 Şərh     Baxış: 4 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının dövlət hüquq müşaviri şantaj olunur

Milli.Az xəbər verir ki, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının dövlət hüquq müşaviri Xanlar Ələkbərov şantaja məruz qalıb. Professor bu barədə Facebook səhifəsində geniş məlumat verərək onu artıq üçüncü dəfədir təxribata çəkmək istədiklərini dilə gətirib. 

Xanlar Ələkbərov ötən gün saat 18 radələrində evindən çıxarkən yenidən təxribata məruz qalıb. Belə ki, sakinlərdən biri özünü professorun maşınının qarşısına ataraq ayağının zədələndiyini deyir. Hadisəni avtomobilindəki videoregistratora çəkən Xanlar Ələkbərov görüntüləri səhifəsində yerləşdirərək bu sözləri yazıb:

"Bu gün saat 18:21-də mənə qarşı təxribat olunub və nəticədə bəyan edilib ki, mən adam vurmuşam. 

Siz mənim avtomobilimin sürətinə diqqət yetirin, videoda göründüyü kimi, maşınımın sürəti saatda 6-7 km olub, o adamın ətrafında olan dostlarının ona "bir az da bərk qışqır" sözləri də eşidilir. 

Hadisədən bir az keçdikdən sonra, saat 18:32-də, Binəqədi rayon bələdiyyə, az sonra isə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gələrək məni insan vurmaqda təqsirləndirərək izahat tələb ediblər. Ancaq mən əlimdə olan görüntüləri göstərdikdən sonra polislər təxribatçıya inanmayıblar. 

Qeyd etmək istəyirəm ki, son bir ildə bu artıq nə birinci, nə də ikinci dəfədir ki, mənə qarşı bu cür təxribatlar aparılır. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, tələb edirəm ki, bu təxribatçılara qarşı qanun çərçivəsində tədbirlər görülsün və mən növbəti dəfə bu cür "sürpriz"lə qarşı-qarşıya qalmayım. 

Rusiya Federasiyasının generalı kimi RF-nin rəhbərliyinə müdafiə və hamilik üçün müraciət hüququm var. Ümid edirəm ki, bu biabırçı provokasiyaya Azərbaycan hüquq müdafiə orqanları adekvat reaksiya verəcəklər və bu, beynəlxalq KİV-lərin müzakirə obyekti olmayacaq". 

Ceyhun Ələkbərov

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.