Cəmiyyət

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

24 May 2015 10:43
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az anspress-ə istinadən mayın 24-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 24 may 2015

Hicri: 5 şaban 1436

İlin 144-ci günü
İlin sonuna 221 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04.54
Günəş - 06.19
Zöhr - 13.41
Əsr - 18.16
Məğrib - 21.12
İşa - 22.51

1388 - Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan qovuldu, 1410-cu ildə isə Azərbaycanın böyük dövlətlərindən olan Qaraqoyunlu dövlətinin yarandığı elan edildi. Şirvan istisna olmaqla bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil idi.

1543-cü ildə polşalı alim Nikolay Kopernik vəfat edib

1920 - Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik V.Lenin tərəfindən Bakıya göndərilən A.Serebrovskiyə tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirildi.

1925-ci ildə azərbaycanlı kardioloq, ictimai xadim Cavad Heyət Təbrizdə anadan olub

1946-cı ildə Türkiyənin sabiq baş naziri Tansu Çiller dünyaya gəlib

1948-ci ildə Azərbaycanın xalq artisti Fuad Poladov anadan olub

1956-cı ildə İsveçrənin Luqano şəhərində ilk dəfə "Eurovision" mahnı müsabiqəsi keçirilib. 7 ölkənin iştirak etdiyi yarışın qalibi İsveçrə özü olub.

1967-ci ildə yazıçı, Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin baş katibi Şıxəli Qurbanov vəfat edib

1967-ci ildə Azərbaycan əslli türkiyəli aktyor Tamer Karadağlı (Haluk) anadan olub

1989-cu ildə türklərin Bolqarıstandan Türkiyəyə kütləvi deportasiyası başladı

1992-ci ildə Azərbaycan Respublikası Vatikanla diplomatik əlaqələr qurub

1994-cü ildə Bakıda birinci Beynəlxalq "Xəzərneftqaz" sərgi konfransı açılıb

2004-cü ildə Şimali Koreyada mobil telefonları istifadəsinə məhdudiyyət qoyuldu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.