Cəmiyyət

Nehrəmli milyonluq maşınlarını satışa qoydu - FOTO

23 May 2015 17:45
4 Şərh     Baxış: 6 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacı İbrahim "Rolls Royce", "Bentley" və digər avtomobillərini dəyər-dəyməzinə satır

Son günlər başı üzərində "qara buludlar dolaşan" tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb.

Milli.Az-ın avtosfer.az-a istinadən verdiyi məlumatına görə, hacı İbrahim bu məqsədlə rəhbəri olduğu "Avesta" şirkəti ilə yanaşı, bir çox əmlakını da satışa qoyub.

Dünən hacı İbrahimin özünün idarə etdiyi "Bentley" markalı avtomobilin Bakıdakı "Bentley" servisdə satışa qoyulduğunu görənlər olub.

Əldə edilən məlumata görə, hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb. Həmin avtomobillər arasında son model "Rolls Royce-Phantom" (1 milyon dollar), "Range Rover" (180 min), "Nissan Patrool" və digər model maşınlar da mövcuddur.

Qeyd edək ki, "Bentley" markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi "Bentley" sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib: təxminən 300 min dollar...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.