Cəmiyyət

Mağazalarda alıcıların hüquqları necə pozulur?

23 May 2015 15:57
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Satılan mallar geri qaytarılmır və ya dəyişdirilmir". Bu cümləyə demək olar ki, ərzaq, geyim və elektrik avadanlıqlarının satışını həyata keçirən bir çox obyektlərdə rast gəlinir. Bəs, görəsən, sahibkarların bu addımı alıcıların hüquqlarını pozmurmu?

Kəpəz TV (Region TV) rəyini soruşduğu alıcılar mağazaların qapılarına vurulmuş bu elanı birmənalı qarşılamır. Sorğu zamanı istehlakçıların bir çoxunun alqı-satqı ilə bağlı hüquqlarını bilmədiyi də məlum olub.

Müzəffər Əliyev- alıcı: "Alınan paltar geyinilməsə, istifadə olunmasa nöqsanı varsa qaytarılmalıdır. Bəzən elə hallarla qarşılaşırsan ki, qaytarmırlar. Hətta yazıb vurular ki, alınan mallar qaytarılmır".  
Sürayə Cəfərova- alıcı: "Qiyməti yüksək olan mal almışam, evə gətirib görmüşəm ki, ölçüsü uyğun gəlmir. Dəyişdirmək və ya qaytarmaq istəyəndə bildiriblər ki, qaytarmaq olmaz".
Ramin Cəfərov- alıcı: "1 ay bundan əvvəl şalvar almışam, əynimə böyük oldu, apardım qaytaram, qaytarmadılar".

Sahibkarlar və satıcılar isə mal satıldıqdan sonra məsuliyyəti alıcıların daşıdığını düşünürlər.
İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, alqı-satqı zamanı sahibkarlar tərəfindən alıcılara bu cür tələbin qoyulması tamamilə qanunsuzdur.
Qanunvericiliyə əsasən, əgər alınan mal istehlakçının tələblərinə cavab vermirsə, 14 gün müddətində onu dəyişdirə və ya satışda uyğun mal yoxdursa, qaytara bilər. 

Araz Əliyev, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini: ""Satılan mallar geri qaytarılmır" şüarı əvvələr daha çox geniş yayılmışdır. Sahibkarların belə bir şüar yazmağa haqqı yoxdur və bu, qanun pozuntusudur. Sahibkarlar arasında sahibkarların hüquqları və vəzifələri mövzusunda aparılan tədbirlərin bu məsələyə çox ciddi təsiri var. Sahibkarlar biləndə ki, bu əməl qanunvericiliyə ziddir, bundan çəkinirlər. Bu gün tam demək olmaz ki, bu cür şüarlar yığışdırılıb, rast gəlindikcə tərəfimizdən yığışdırılır".

Araz Əliyev bildirib ki, qanunvericilikdə bu tipli elanlardan istifadəyə görə inzibati tənbeh tədbirləri nəzərdə tutulur. Əgər istehlakçılarla satıcı arasında ziddiyyət yaranarsa, alıcının haqlı olduğu təqdirdə sahibkarlar inzibati məsuliyyətə cəlb oluna bilərlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.