Cəmiyyət

FHN-in əsgəri öldü - FOTO

23 May 2015 13:46
41 Şərh     Baxış: 11 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin Biləcəridə yerləşən hərbi hissəsində xidmət edən 1990-cı il təvəllüdlü Babaşov Tapdıq Əlizaman oğlu bu gün xəstəxanada dünyasını dəyişib.

Qafqazinfo xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə yazıb. Yaxınlarına bildirilib ki, əsgər 4-cü mərtəbədən yıxılıb, amma onlar bu versiyaya inanmır.  

"Əsgərin mayın 22-də gecə saatlarında yıxıldığı deyilir, onu 1 nömrəli xəstəxanaya aparıblar. Komaya düşüb. İki ayın əsgəri idi, andiçməsi təzə olmuşdu. Atasını da 2012-ci ildə həkimlərin səhlənkarlığı ucbatından əməliyyat masasında itirmişdi. Özü də əməliyyat masasında dünyasını dəyişdi. Hazırda xəstəxanada, ekspertizadadır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.