Cəmiyyət

"Hafka"nın həbsi ilə bağlı DİN-dən AÇIQLAMA

23 May 2015 12:14
0 Şərh     Baxış: 4 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hafka" ləqəbi ilə tanınan Hafiz Məmmədovun barəsində "Bank işi"nə görə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı mətbuatda məlumatlar yer alıb.

Qeyd olunur ki, Nəsimi rayon Məhkəməsi tərəfindən mayın 18-də keçirilən prosesdə bu qərar verilib. Lakin 2 gün əvvəl - mayın 16-da H.Məmmədov ölkədən qaça bilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ölkə.az-a bildirdi ki, bu işlə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayaq.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə ölkə.az-a açıqlamasında bu məsələdən məlumatsız olduğunu vurğulayıb:

"Məndə bu barədə nə yazılı, nə də şifahi heç bir məlumat yoxdur", - deyə nazirlik rəsmisi bildirib.

Şənbə günü olduğundan Nəsimi rayon Məhkəməsindən məsələ ilə bağlı məlumat ala bilmədik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.