Cəmiyyət

Kəmaləddin Heydərov: "Birinci Avropa Oyunları zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin ediləcək"

23 May 2015 12:11
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən əminəm ki, Birinci Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək".

Trend-in məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Böyük Britaniyanın "The Business Year" jurnalına müsahibəsində Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində nazirliyin rolundan danışarkən deyib.

K.Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin ən mühüm vəzifəsi Oyunlar zamanı bütün idmançıların və qonaqların təhlükəsizliyinin təmin etməsidir və bu istiqamətdə ciddi tədbirlər görülür.

Nazirin sözlərinə görə, bütün obyektlərin tikintisi zamanı yanğın və tikinti təhlükəsizliyinə ciddi diqqət yetirilir, bütün obyektlərə ciddi nəzarət edilir, onlar sınaqdan keçirilir və hər hansı nöqsanlar olduğu halda aradan qaldırılması üçün təcili tədbirlər görülür.

K.Heydərov əlavə edib ki, nazirliyin müvafiq departamentləri fövqəladə hallarda evakuasiya planları hazırlayır və bu planların tətbiqi ilə bağlı müxtəlif təlimlər keçirir.

Nazir əlavə edib ki, fövqəladə vəziyyətə dərhal reaksiya vermək məqsədilə fövqəladə xilasetmə resurslarının planlaşdırılmasına xüsusi diqqət yetirilir:

"Həmçinin, biz Nazirliyin bütün resurslarını və imkanlarını bir nöqtədən idarə etmək üçün komanda mərkəzi yaratmağı nəzərdə tuturuq. Eyni zamanda, Bakı 2015 Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq yaratmaq məqsədilə Nazirliyin müxtəlif departamentlərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və daimi əlaqələndirici təyin edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.