Cəmiyyət

İnsan öz həddini bilməyəndə...

23 May 2015 19:20
1 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərimdə buyurulur ki, Allahın sərhədlərini tapdamayın, yəni öz cızığınızdan çıxmayın. Çünki öz cızığından çıxan mütləq bir başqasının haqqını tapdalamış olur. İnsan üçün ən böyük ədəbsizlik də elə Allahın sərhədlərini tapdalamaqdır. 

İbadət edən birisi günah işləyən birisinə deyir ki, Allah səni bağışlamayacaq. Elə bu sözünə görə də Allah-Təala ibadət edən o şəxsi cəhənnəmə atır. Demək, özünü Allaha vəkil hesab eləmək, Allah adından ehkam kəsmək o qədər böyük günahdır ki, bütün qıldıqların, tutduqların səni xilas etməyə yetməz. İnsan həddini bilməlidir. Allah-Təala kimsəni Özünə vəkil təyin etməyib. Sən xristian keşişi deyilsən ki, onun-bunun üstünə su çiləyib camaatı günahdan təmizlədiyini söyləyəsən. Gör insan cızığından çıxanda nə hala düşür ki, özünü Allahın işlərinə ortaq hesab edir. Günahları bağışlamaq və ya bağışlamamaq Allahın iradəsindədir. Kim Allah-Təalanın əvəzindən ehkam kəsirsə, öz aqibətini düşünsün.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.