Cəmiyyət

"Şah arvadı və cadugər" romanı rus dilində çapdan çıxdı

22 May 2015 18:05
Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış yazıçı-publisist Yunuz Oğuzun "Şah arvadı və cadugər" ("Жена шаха и колдун") romanı rus dilinə tərcümə edilib.

Milli.Az olaylar-a istinadən xəbər verir ki, cadugərlik, sevgi və sərgüzəştləri özündə cəmləşdirən tarixi romanda hadisələr, əsasən, 16-cı əsrdə Səfəvilər imperiyasında cərəyan edir. Belə ki, şah Məhəmməd Mirzənin həyat yoldaşı Xeyranisa hakimiyyətə yiyələnmək məqsədilə heç nədən çəkinmədən hər cür fitnə-fəsada əl atır. O, məqsədinə nail olmaq üçün intriqalar, qətllər və qarşılıqlı sövdələşmələrdən belə çəkinmir. Onun əsas silahı isə böyük gücləri asanlıqla ram etmək iqtidarında olan cadugərdir. 20 il ərzində şah arvadının istənilən arzusunu yerinə yetirən cadugər onun ərini şah taxtına qaldırsa da, faktiki olaraq hakimiyyəti Xeyranisa idarə edir. Bunun qarşılığında şah arvadı cadugərlə eşq həyatı yaşayır. Ümumilikdə oxucunu özünə cəlb edən roman sona qədər bu xətti qoruyub saxlaya bilir.

Qeyd edək ki, kitabı rus dilinə Əli Seyidov tərcümə edib. Redaktoru isə Oksana Bulanovadır.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.