Cəmiyyət

"Evi kirayə verənlərə 20 min verilməyəcək" - İş məhkəməyə qaldı

22 May 2015 16:21
4 Şərh     Baxış: 4 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda baş verən dəhşətli yanğından sonra binada kirayə qalan sakinlərlin kompensasiya məsələsinə Bakı meri bir daha aydınlıq gətirib.

Qafqazinfo-nun sakinlərlə merin görüşündə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Hacıbala Abutalıbov bildirib ki, kim evini kirayəyə veribsə, onlara kompensasiya verilməyəcək: "Hadisə zamanı kirayədə yaşayan zərərçəkənlər məhkəməyə müraciət etməlidir və həqiqətən də, qonşuların şahidliyi ilə o binada yaşadıqları sübut olunmalıdır. Məhkəmə qərar verəcək ki, 20 min manatlıq kompensasiya kirayədə qalana, yoxsa ev sahibinə verilsin. Məhkəmə qərarına qədər 20 minlik təzminat nə ev yiyəsinə, nə də kirayədə qalan sakinə veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.