Cəmiyyət

"Xarici qonaqlar Azərbaycan həqiqətlərinin canlı şahidi olmalıdırlar"

22 May 2015 13:52
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"I Avropa Oyunları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müasir şəkildə dünyaya təqdim olunur. Ölkəmiz dünyanın bir parçası olaraq bütün sahələrdə olduğu kimi, idman yarışlarının keçirilməsində də uğurların reallaşdırıldığı bir məkana çevrilib". Milli.Az xəbər verir ki, bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, İlk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan bir çox uğurlar əldə edəcək: "Mətbuata gəlincə, düşünürəm ki, oyunların təbliğatı təkcə mətbuatın deyil, Azərbaycanı sevən hər bir insanın üzərinə böyük bir məsuliyyət qoyur. Mətbuat QHT-lərlə birlikdə böyük bir koalisiya yaradıb ki, orada müsbət yöndə işlər həyata keçirilir. Antiazərbaycan qüvvələrə qarşı müəyyən mövqelər sərgilənib, bundan sonra da bunu davam etdirəcəyik. Hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirməklə oyunların yüksək səviyyədə başa çatması üçün əlimizdən gələni əsirgəməməliyik. Dünya ictimaiyyətinə Birinci Avropa Oyunlarını təqdim etmək bizim üçün şərəfli bir vəzifədir. Çap mediası ilə yanaşı, elektron medianın da aktiv olması, sosial şəbəkələrdə arqumentli şərhlər yazması vacib amildir. Xaricdən gələn qonaqlara, idmançılara, turistlərə Azərbaycanın tarixi, adət-ənənələri haqqında doğru-düzgün məlumatlar verməklə biz özümüzü yaxşı mənada təqdim etmiş olarıq. Xarici qonaqlar bəşəri dəyərlərimizin, Azərbaycan həqiqətlərinin canlı şahidi olmalıdırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.