Cəmiyyət

Biləcəri sakinlərinə şad xəbər - VİDEO - FOTO

22 May 2015 13:20
1 Şərh     Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4 küçə təmir olunub, 1 küçədə isə işlər sabah yekunlaşır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir. Bu məqsədlə Biləcəri qəsəbəsində 4 küçəni birləşdirən yolda həyata keçirilən kompleks tədbirlər atrıq yekunlaşıb. Yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Ümumi uzunluğu təqribən 4 kilometr olan X.B.Natavan, M.S.Ordubadi və Ə.Qasımov küçələrində köhnə asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq ərazidən daşınıb. Yola müasir tələblərə cavab verən yeni asfalt-beton örtüyü döşənib. İşlər təqribən 56 min kvadrat metrlik sahədə həyata keçirilib. Bundan başqa yol boyu 420 paqon-metr yeni beton səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulub.

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolundan "20 Yanvar" dairəsinə doğru daxil olan istiqamətdə sıxlığı aradan qaldırmaq məqsədilə nəqliyyat vasitələrinin "Şamaxinka" adlanan ərazidən dairəyə daxil olmadan rahat və maneəsiz şəkildə şəhərə çıxışını təmin etmək məqsədilə "2-ci Alatava" küçəsində aparılan təmir-tikinti işlərinin sabah yekunlaşdırılması planlaşdırılır. Sabahdan etibarən küçə təmir olunmuş şəkildə sürücülərin ixtiyarına veriləcək.

Küçədə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb və əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə küçənin 6750 kvadrat metr ərazisində asfaltlanma işləri həyata keçirilib. Səkilərə 800 paqon-metr yeni səki daşları düzülüb. Bundan başqa, yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən "Şamaxinka" adlanan əraziyə qədər uzanır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC paytaxtda aparılan təmir-tikinti işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.

Milli.Az

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.