Cəmiyyət

Qubernator: "I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın yüksək nüfuzunun təzahürüdür"

22 May 2015 12:42
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada əldə etdiyi yüksək nüfuzun və beynəlxalq arenada prezident İlham Əliyevin liderlik qabiliyyətinə göstərilən inamın əyani təzahürüdür.

Trend-in məlumatına görə, bunu Ukraynanın Sumı vilayətinin qubernatoru Nikolay Kloçko Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanovla görüşündə bildirib.

Görüş zamanı Azərbaycanla Sumı vilayəti arasında iqtisadi, mədəni, elmi-texniki, idman, turizm və kənd təsərrüfatı sahəsində regional əməkdaşlığın qurulması məsələləri əsas müzakirə obyekti olub.

Sumı vilayətinin iş adamları Azərbaycanla işbirliyinə xüsusi maraq göstərir. Görüşdə çıxışına bu sözlərlə başlayan qubernator N.Kloçko son illər dünyanın aparıcı dövlətlərin Azərbaycana güclü investisiya ayırmalarını, Azərbaycanın isə bir sıra xarici ölkələrə sərmayə qoymasını gələcəyə hesablanmış uğurlu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib. Bu baxımdan Azərbaycanla Ukrayna arasında iqtisadi, ticari əlaqələrin dahada inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu günlərdə Azərbaycana işgüzar səfər edəcəyini bildirən qubernator, səfərin təşkil olunmasında və son bir ildə ölkələrimiz arasında ikitərəfli regional iqtisadi,mədəni, elmi texniki əlaqələrin inkişaf etdirilməsi istiqamətində səmərəli işlər görən Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova minnətdarlığını bildirib.

N.Kloçko müstəqil Azərbaycan dövlətinin Avroatlantik məkana inamlı inteqrasiya siyasətindən söz açaraq, Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycanın dünyada əldə etdiyi yüksək nüfuzun və beynəlxalq arenada Prezident İlham Əliyevin liderlik qabiliyyətinə göstərilən inamın əyani təzahürü kimi səciyyələndirib.

Son illər ölkəmizdə həyata keçirilən qlobal sosial, iqtisadi islahatlar haqqında Sumı vilayətinin qubernatoruna ətraflı məlumat verən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ə.Salmanov iqtisadi inkişaf tempinə görə cənubi qafqazda lider dövlətə çevrilən ölkəmizdə yerli və xarici iş adamlarına yaradılan geniş imkanlardan və səmərəli investisiya mühitindən bəhs edib. Son illər Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesinin intensiv xarakter aldığını bildirən fəxri konsul rəsmi Bakının bir sıra ölkələrlə yanaşı dost və qardaş Ukrayna respublikası ilə iqtisadi-ticari əlaqələrin inkişafina böyük maraq göstərdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu ölkələrimiz arasındakı regional əməkdaşlığın inkişafına, iş adamları arasında səmərəli əməkdaşlığın qurulmasına, müştərək işbirliyinin yaradılmasına hərtərəfli dəstək verməyə hazırdır. Bu baxımdan Sumı vilayətinin qubernatoru N.Kloçkonun Bakıya edəcəyi işgüzar səfərin səmərəli fayda verəcəyinə əminliyini bildirib.

Görüş zamanı işgüzar səfərin proqramı və keçiriləçək görüşlər haqqında fikir mübadiləsi aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.