Cəmiyyət

Kliniki Tibbi Mərkəz Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumunu açıqladı

22 May 2015 10:37
0 Şərh     Baxış: 1 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında mayın 19-da baş vermiş yanğın hadisəsi nəticəsində yaralanan şəxslərin vəziyyəti orta ağırdır.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, hazırda yanğın nəticəsində xəsarət alan 11 xəstə xəstəxanada müalicə edilir: "Onların 8-i böyük, 3-ü isə uşaqdır. Hazırda xəstələrin həyatı üçün təhlükə yoxdur".

A.Maqsudov deyib ki, sabah həkimlərin konsiliumundan sonra bir xəstənin evə buraxılacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.