Cəmiyyət

Abid Şərifov baş verən yanğınla bağlı göstərişlər verdi

22 May 2015 10:25
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş nazirin müavini, Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov səhər saatlarında yanğın baş verən əraziyə gedib.

Trend-in məlumatına görə, Abid Şərifov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla birlikdə əraziyə baxış keçirib, binada təmir-bərpa işlərinə hazırlıqla bağlı göstərişlər verib.

Qeyd edək ki, binanın bərpa olunması ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, mayın 19-da Binəqədi rayonunda yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.