Cəmiyyət

Yanan binada anım: "Danışın, ürəyiniz boşalsın" - VİDEO

22 May 2015 09:39
4 Şərh     Baxış: 3 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanğın zamanı həlak olan insanları yad etmək üçün həmin əraziyə böyük insan axını ötən gecə də davam edib. Bu da əbəs yerə deyildi. Hadisənin 3-cü gününə təsadüf edən dinc aksiya metronun "Azadlıq" stansiyasından başlayaraq, binanın qarşısında ayrılan xüsusi guşəyədək davam edirdi. Öz əzizlərini itirmiş kimi davranan insanlar əllərindəki gülləri ölənlərin şəkilləri asılmış ağacın altında düzür, şam yandırırdılar.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, mərasm zamanı halı pisləşən də oldu. Özünü yaxşı hiss etməyən qadın özündən getdi. O, ərazidə olan təcili tibbi yardımla xəstəxanaya aparıldı.

Gecə saatları olmasına baxmayaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da hadisə yerinə gələrək sakinlərlə görüşdü. Bundan əlavə, o, binanın təmir bərpa işləri də maraqlandı.

Ərazidə anım mərasiminin təhlükəsizliyinin təmin olunması polis əməkdaşları tərəfindən həyata keçirilirdi. Burada nizamlı hərəkət üçün dəhiz yaradılımışdı. Anım mərasimi gecənin saatlarınadək davam edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.