Cəmiyyət

Bakı meri: "20 bina yana bilərdi"

21 May 2015 22:58
0 Şərh     Baxış: 2 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xətaidə baş verən yanğından sonra biz şirkətlərə məktub göndərdik ki, şirkətlər tez alışan üzlük materiallardan istifadəni dayandırsınlar".

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Mer bildirib ki, əgər onda tədbir görülməsə idi, indi bir yox, 20 bina yanardı.

"İndi əsas təhlükə 64 binadadır. Bütün binalardan təhlukəli üzlüklər söküləcək. İlk olaraq 9-16 mərtəbəli binalar söküləcək. Daha sonra digərləri. İyunun 5-nə kimi bütün işlər başa çatacaq", - deyə Hacıbala Abutalıbov bildirib.

Qeyd edək ki, mer bu gün Binəqədi rayonunda yanan binanın yerləşdiyi ərazidə olub və o, sakinlərlə görüşüb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.