Cəmiyyət

Özünü yanan binadan atan oğlan çempion imiş - FOTO - VİDEO

21 May 2015 16:03
37 Şərh     Baxış: 16 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gün öncə Bakıda baş verən dəhşətli yanğın faciəsi 15 nəfərin həyatına son qoydu. Ölənlər arasında azyaşlı uşaqlar, gənclər, orta yaşlın nümayəndələri də var idi. Hadisə qurbanlarından ikisi binadan özünü ataraq həlak olmuşdu.

Onlardan biri orta yaşlı, digəri isə 27 yaşlı gənc Nəcəfov Yaşardır. Yaşar yanğın zamanı ölümlə mübarizə aparıb, canını qurtarmağa çalışsa da, bədbəxt hadisədən qurtula bilməyib.
 
Yaxınlarının azvision.az-a verdiyi məlumata görə, ailənin yeganə övladı olan Nəcəfov Yaşar Fazil oğlu 1988 -ci ildə Hacıqabul rayonunda anadan olub. O, Azərbaycan Texniki Universitetini bitirib. Yaşar Yunan-Roma güləşi üzrə dəfələrlə regionlar arası yarışlarda birinci yerə çıxıb.
 
O, respublika yarışlarında da yüksək yerlər tutub. Yaşar dünyasını dəyişənədən Bakıda supermarketlərdən birincə adminstrator vəzifəsində çalışıb.
 
Mərhum yanan binada kirayə tutduğu evdə yaşayırmış.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikəyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.