Cəmiyyət

Milli komandamız yanan binanın qarşısında faciə qurbanlarını yad edib

21 May 2015 14:02
2 Şərh     Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Voleybol üzrə Azərbaycan milli komandası Bakının Binəqədi rayonunda baş verən yanğında həlak olanları yad ediblər. Bu barədə "Report"a voleybol üzrə milli komandanın üzvü Ayşən Əbdüləzimova məlumat verib.

Onun sözlərinə görə, komanda üzvləri məşqdən qayıdarkən binanın yandığının şahidi olublar. A.Əbdüləzimova bildirib ki, hadisənin fəsadları barədə mətbuatdan xəbər tutublar: "Həmin hadisədən çox kədərlənmişik. Bu, çox təsiredici bir hadisədir. Dünən binanın qarşısına getdik. Bilmirik ki, orada dünyasını dəyişənlərin yaxınlarına və digərlərinə necə təsəlli verək".

Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.